Məşhur müğənni və qrupu təyyarə qəzasında ÖLDÜ 

Kolumbiyalı məşhur müğənni Yeison Jimenez və onun qrupunun üzvləri Boyaca departamentində şəxsi təyyarə qəzasında həlak olublar.

Jan 11, 2026 - 11:04
Məşhur müğənni və qrupu təyyarə qəzasında ÖLDÜ 

Bu barədə "El Tiempo" məlumat yayıb.

"Paipa və Duitama arasında təyyarə qəzası təsdiqlənib. Göyərtəsində altı nəfərin olduğu təyyarə Medellinə gedirdi", - deyə açıqlamada bildirilir.

Hadisə yeri araşdırma üçün mühasirəyə alınıb. Müstəntiqlər qəzanın bütün hallarını müəyyən edəcəklər.

Yeison Jimenez "Aventurero", "Ni Tengo Ni Necesito" və "El Mejor" kimi hitləri sayəsində geniş tanınıb. (publika)