Trampın maşınından dinləmə cihazı tapıldı, Netanyahu onu izləyib - ARA QARIŞDI

“İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın danışıqlarını gizli şəkildə dinləyib”.

Sep 14, 2025 - 15:18
Trampın maşınından dinləmə cihazı tapıldı, Netanyahu onu izləyib - ARA QARIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə ABŞ mətbuatı çıxış edib.

İddiaya görə, israilli rəsmilər Donald Trampın xidməti maşınlarına gizli şəkildə elektron dinləmə cihazı yerləşdiriblər. Dinləmə cihazlarını ABŞ kəşfiyyatı axtarış nəticəsində ortaya çıxarıb. 

Netanyahu bu cihazla uzun müddət Trampın danışıqlarını dinləyib. Bu haqda Trampa məlumat verilsə də, ABŞ lideri susmağı seçib. Mətbuat bunu Trampın Netanyahunun qəzəbindən qorxması ilə əlaqələndirib. 

Məxfi Xidmət mənbələrinə əsaslanan iddialara görə, Trampın avtomobillərində quraşdırılan qurğular elektron nəzarət və məlumat toplamaq qabiliyyətinə malikdir.

Nə İsrail hökuməti, nə də Tramp administrasiyası iddianı yalanlayıb. Şərhçilər isə bildirirlər ki, hər iki tərəfin susması yayılan məlumatların doğru olduğunu göstərir. 

Onların fikrincə, Trampın səssiz qalması Netanyahunun mümkün həmlələri nəticəsində ABŞ-İsrail münasibətlərində gərginlik yarada biləcəyindən çəkinməsi ilə bağlıdır.

Banu