Ölkə üzrə pensiyalar bu tarixdə veriləcək - RƏSMİ
Sabah ölkə üzrə pensiyalar ödəniləcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, iyunun 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.