Türkiyə Rusiyadan neft alışını azaltdı 

Türkiyənin Rusiyanın Qara dəniz limanlarından neft idxalını kəskin azaltması regionun enerji bazarında yeni vəziyyət yaradıb.

Aug 21, 2026 - 14:43
Türkiyə Rusiyadan neft alışını azaltdı 

SAVASHMEDIA.az xəbər verir ki, Reuters-in məlumatına görə, Türkiyənin Rusiyadan neft idxalı iyulda 900 min tona düşüb. 

Avqustda isə bu rəqəmin təxminən 200 min tona enəcəyi gözlənilir. Buna səbəb Qara dənizdəki hücumlar nəticəsində Rusiya terminallarında yaranan fasilələrdir.

Ankara yaranmış vəziyyətdə neft tədarükünü şaxələndirərək Braziliya və Cənubi Amerikada yerləşən neft hasilatçısı Qayana kimi alternativ mənbələrə yönəlir.

Aytən