Məscidlər sığınacağa çevriləcək - İranın yeni müharibə planı
“ABŞ Prezidenti Donald Trampın bütün gücü ilə razılaşmaya nail olmaq istədiyi bir vaxtda İran müharibəyə hazırlaşır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu İsrail mətbuatı yazıb.
Məlumata görə, Tehran rəhbərliyi yeni müharibə ilə bağlı plan hazırlayıb. Bildirilib ki, bu plan şəhərin müharibəyə hazırlıq səviyyəsini artırmaq məqsədilə tərtib edilib və fövqəladə hallarda sürətli reaksiya verməyə imkan yaradacaq.
Plan paytaxt Tehranın 22 rayonunda yerləşən 700 məscidi əhatə edəcək. Mətbuatın yazdığına görə, İran müharibə başlayarsa, bu məscidlərdən “yardım mərkəzləri” kimi istifadə edəcək. Məscidlər günəş panelləri, generatorlar, əlavə enerji mənbələri, su ehtiyatları, həmçinin ərzaq paylanması və təcili sığınacaq üçün qurğularla təchiz ediləcək.
Son zamanlar İranda mülki əhali üçün standart sığınacaqların çatışmazlığı ilə bağlı tənqidlər artıb. Tənqidlər fonunda bu addımın atılması ağılabatandır. Lakin ekspertlər bildirilər ki, məscidlərin intensiv hava hücumlarına qarşı davamlılığı sual altındadır. Bu halda insanları məscidlərdə mühafizə etməyə çalışmaq heç məntiqli deyil. İranın sözügedən “yardım mərkəzləri”ndən hansı məqsədlə istifadə edəcəyi isə yeni müharibə başlayarsa, məlum olacaq.
Oğuz