“Putin Trampla danışandan sonra bizə tapşırıb ki...” - Lavrov
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla son telefon danışığından sonra Ukrayna ilə danışıqlarda nümayəndə heyətlərinin başçılarının səviyyəsinin artırılmasını təklif edib.
SAVASHMEDİA.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə deyib.
Lakin nazir Rusiya danışıqlar qrupunun hansı səviyyəyə qaldırılmasının təklif olunduğuna aydınlıq gətirməyib.
“Bizim prezident təkcə bu danışıqları davam etdirmək deyil, həm də nümayəndə heyətləri rəhbərlərinin səviyyəsinin yüksəldilməsi barədə düşünmək təklifi ilə çıxış edib. Bu, bizim bayaq qeyd etdiyim təklifimizə uyğundur ki, bu proses çərçivəsində nizamlanmanın hərbi, humanitar, humanitar məsələlərlə yanaşı, siyasi aspektlərinin araşdırılmasına ayrıca blok həsr ediləcək”, - deyə nazir bildirib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqların əvvəlki üç raundunda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukraynanın müdafiə naziri, sonra isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov başçılıq edib.
NATO-nun baş katibi Mark Rutte Ukraynadan fərqli olaraq Rusiyanın İstanbul danışıqlarına yüksək səviyyəli nümayəndə heyəti göndərmədiyinə diqqəti cəlb etmişdi. O, Medinskini “hansısa tarixçi” adlandırmışdı.
Xatirə SADİQ