CHP sədrinin qəbiristanlıqda rakı içməsi Ərdoğanı özündən çıxardı - VİDEOLAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özeli sərt tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Özgür Özel və CHP-dən olan millət vəkili Vəli Akbabanın partiyanın Tuncelidən olan mərhum deputatı Kamer Gençin məzarı başında rakı içməsidir.
“Qəbiristanlıqda qədəh toqquşdurmağı məharət sanan birindən (Özgür Özel –red) xaricdə diplomatik təmas gözləmək əbəsdir. Öz millət vəkilinə hörmət etməyən, millətə hörmət edərmi? Allah CHP-li vətəndaşlara səbir, bunlara isə ağıl versin”, - Ərdoğan bildirib.
Qeyd edək ki, CHP-li millət vəkili Kamer Genç 2016-ci ilin 22 yanvarında vəfat edib. Sözügedən kadrlar isə 2020-ci ildə CHP-lilərin Kamer Gençin məzarını ziyarəti zamanı qeydə alınıb.
Məsələ ilə bağlı açıqlama verən Veli Akbaba bildirib ki, bu, Kamer Gençin sağlığında etdiyi vəsiyyət olub. Onlar vəsiyyəti yerinə yetiriblər.
Mövzunun Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılması isə CHP qrup başqan vəkili Mahir Başarırın sərt təpkisinə səbəb olub.
Banu