"İvanaşvilinin evinə girib akvariumunu..." - Kabaxidze Saakaşviliyə "sən öz dərdini çək" dedi
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin son müraciəti əks düşərgədə qəzəblə qarşılanıb.
SAVASHMEDİA.az gürcü mənbələrinə istinadla xəbər verir ki, videobağlantı vasitəsilə məhkəmə iclasına qatılan Saakaşvili xalqı daha sərt mübarizə üsullarına müraciət etməyə çağırıb.
O, "Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə Suriyanın devrilmiş lideri Bəşər Əsədin başına gələnləri yaşamağı arzulayıb:
"Gürcü xalqı İvanaşvilinin evinə girib onun ev akvariumuna heyran qalmayana qədər Gürcüstanda azad seçkilər baş tutmayacaq. Bu, çox yaxında baş verəcək, çünki İvanişvili hələ də akvariumunu qorumaq şansının olduğunu başa düşmür”.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə Mixail Saakaşvilini bəyanatlarında diqqətli olmağa çağırıb.
“Mən Saakaşvilini diqqətli olmağa çağıraram, onun bütün bəyanatları boş sözlərdir, Saakaşvili özünün qayğısına qalmalıdır,” – deyə Kobaxidze Saakaşvilinin bəyanatına bu sözlərlə münasibət bildirib.
Oğuz