Hindistanda polis oğrunun pulunu oğurlayıb
Hindistanda polis müfəttişi məhbusun pulunu mənimsədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "The Hindu" saytı məlumat yayıb.
Hadisə Tamil Nadu ştatında baş verib. Ramanatham stansiyasında yerləşən polis əməkdaşı Brinda sentyabrın 8-də 39 yaşlı Prabakaranı həbs edərkən 75 000 rupi (təxminən 1400 manat) oğurlayıb.
Oğru 60 yaşlı qadının bahalı qızıl boyunbağını oğurlayıb. Saxlanarkən oğruda qızıl-zinət əşyaları ilə yanaşı, nağd pul da aşkarlanıb, lakin müfəttiş pulu polis protokoluna qeyd etməyib və özündə saxlayıb.
İstintaq zamanı məlum olub ki, polis əməkdaşı başqa cinayətlər də törədib. Polis qum-çınqıl qaçaqmalçıları ilə əlbir olmaqda şübhəli bilinir. Polis rəisi S.Jayakumarın təqdimatı əsasında müfəttiş dərhal vəzifəsindən kənarlaşdırılıb.