“ABŞ-ni Meksika Amerikası adlandıraq” – Meksika prezidenti

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-nin adının dəyişdirilməsini və onu “Meksika Amerikası” adlandırmağı təklif edib.

Jan 9, 2025 - 10:46
“ABŞ-ni Meksika Amerikası adlandıraq” – Meksika prezidenti

SAVASHMEDİA.az “The Gardian”a istinadən xəbər verir ki, bunu Meksika prezidentinin brifinqdə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalına nəzarətin qaytarılması və onun adının dəyişdirilməsi təklifinə cavab olaraq bildirib.

Brifinq zamanı Şeynbaum “Meksika körfəzi” adının tarixi olduğunu və Birləşmiş Ştatların qurulmasından əvvəl istifadə edildiyini nəzərə çatdırmaq məqsədilə 1607-ci ilə aid dünya xəritəsini göstərib. Bu məqamda Şeynbaum ABŞ-nin bir hissəsini “Meksika Amerikası” adlandırmağı təklif etməklə zarafat edib.

"Gözəl səslənir, elə deyilmi?", - deyə o, istehzalı tərzdə əlavə edib. 

Eyni zamanda, Meksika prezidenti qeyd edib ki, hər şeyə baxmayaraq, Trampla yaxşı münasibətlərə ümid edir.

Şeynbaum həm də Meksikanın narkotik kartelləri tərəfindən idarə edildiyi barədə Trampın açıqlamasına qısa cavab verib: “Meksikanı xalq idarə edir”.

Bu yaxınlarda Tramp bildirib ki, Meksika körfəzinin adını “Amerikanın gözəl halqalı körfəzi” adlandırmağı planlaşdırır: “Bu məqsədəuyğundur. Meksika da milyonlarla insanın ölkəmizə gəlməsinə icazə verməməlidir”.

Qeyd edək ki, Tramp vəzifədə olduğu ilk gündə Kanada, Meksika və Çindən ABŞ-yə daxil olan bütün mallara rüsum tətbiq edəcəyini bildirib. O, bunu həmin ölkələrin narkotiklərin ABŞ-yə daxil olmasına əngəl törətməməsi ilə izah edib.

Xatirə SADİQ