Məşhur yazıçı vəfat etdi - FOTO
Türkiyənin məşhur yazıçısı, akademiki və tərcüməçisi Pınar Kür vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, 82 yaşlı yazıçı səhhətindəki problemə görə bir müddətdir xəstəxanada müalicə olunurmuş.
Pınar Kür romanları ilə Türkiyə ədəbiyyatının cümhuriyyətdən sonrakı dövrünün ən önəmli simalarından biri idi. Sənətkar ailəsində doğulan P.Kürün anası İsmet Kür yazıçı və jurnalist, atası Behram Kür isə fransız dili və riyaziyyat müəllimi olub. Pınar Kürün aktyor Can Kolukısa ilə evliliyindən olan oğlu Emrah Kolukısa isə jurnalist və aktyordur.
P. Kür xüsusilə qadınların cəmiyyətdəki yeri, seksuallıq, tabu mövzuları və fərdin daxili dünyasındakı qarşıdurmalardan bəhs edən cəsarətli romanları ilə tanınıb.
“Yarın Yarın” (1976), “Küçük Oyuncu” (1977), “Asılacak Kadın” (1979), “Bitmeyen Aşk” (1986), “Bir Cinayet Romanı” (1989), “Sonuncu Sonbahar” (1993) Pınar Kürün ən məşhur romanlarıdır.
Banu