Andrey Yermak istefa verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın istefa üçün müraciət etdiyini bildirib.

Nov 28, 2025 - 20:08
Nov 28, 2025 - 20:10
Andrey Yermak istefa verdi

SAVASHMEDİA.az-ın "RBK Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna dövlət başçısının axşam videomüraciətində qeyd olunub.

"Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa ərizəsi yazıb", – Zelenski bildirib.

"Ukrayna Prezidentinin Ofisində yenilənmə baş tutacaq. Ofisin rəhbəri Andrey Yermak istefa ərizəsi yazıb. İstəyirəm ki, söz-söhbət və fərziyyələr olmasın. Ofisin yeni rəhbərinə kim olacağına gəlincə, sabah bu quruma rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşmələr aparacağam", – o deyib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakın evində axtarış aparıldığı barədə məlumat yayılmışdı.

Oğuz