“Nüvə enerjisi irəliyə doğru yoldur” – Çexiyanın baş naziri
Polşa və Çexiya mülki nüvə enerjisi sahəsində daha sıx əməkdaşlığa dair razılığa gəliblər.
SAVASHMEDIA.az “dpa”ya istinadən xəbər verir ki, bu barədə Polşanın və Çexiyanın baş nazirləri Donald Tusk və Petr Fiala arasında keçirilən görüşdə bəyan edilib.
Tusk qeyd edib ki, Polşa bu sahədə sıfırdan başlayır, Çexiya isə artıq çoxillik təcrübəyə malikdir.
“Biz əminik ki, nüvə enerjisi irəliyə doğru yoldur”, - deyə Fiala bildirib.
Polşa yaxın onilliklərdə nüvə enerjisinə böyük sərmayə qoymağı planlaşdırır. Bu ölkə 2022-ci ildə ABŞ-nin nüvə stansiyası istehsalçısı “Westinghouse” ilə ilk reaktor zavodunun tikintisinə dair müqavilə imzalayıb. Stansiyanın işə salınması 2033-cü ildə planlaşdırılıb.
Çexiya isə hazırda ölkənin cənubundakı Temelin və Dukovanı ərazilərində cəmi altı nüvə reaktorunu idarə edir.
Xatirə SADİQ