“Casussan, ya yox...” – Almaniya hökuməti əməkdaşlarını yoxlayır

Almaniya Daxili İşlər Nazirliyi casusluqla bağlı həssas sahələrdə çalışan əməkdaşların yoxlanması üzrə tədbirləri genişləndirəcək qanun layihəsi hazırlayıb.

Oct 10, 2024 - 07:55
“Casussan, ya yox...” – Almaniya hökuməti əməkdaşlarını yoxlayır

SAVASHMEDİA.az “DW”-yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezser bildirib.

Nazir deyib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra casusluq və təxribatdan demokratiyaya yaranmış təhlükə yeni ölçüyə çatıb.

“Rusiyanın Avropaya təcavüzü təhlükəsizliklə bağlı vəziyyəti köklü şəkildə dəyişdi. Almaniya da digər ölkələrin də kəşfiyyat xidmətlərinin diqqət mərkəzindədir”, - deyə Fezer xəbərdarlıq edib.

Onun sözlərinə görə, təhlükəsizlik risklərini azaltmaq baxımından alman hakimiyyətinə dövlətin təhlükəsizliklə bağlı mühüm sahələrində və kritik infrastrukturumuzda vacib tapşırıqları və məxfi məlumatları kimə həvalə etdiyini daha diqqətlə izləmək lazım gələcək.

“Biz ekstremistlərin demokratik konstitusiya dövlətimizi daxildən təxribat etməsinə icazə verməyəcəyik”, - deyə Fezer vurğulayıb. 

Almaniyanın Nazirlər Kabineti çərşənbə günü qanun layihəsini təsdiqləyib. İndi  qanunvericilər yeni tədbirlərin qanuna çevrilməsi üçün onu qəbul etməlidirlər. 

Xatırladaq ki, Avropa kəşfiyyat xidmətləri bundan öncə Rusiyanın təxribat əməliyyatlarını gücləndirdiyi xəbərdarlıq etmişdilər.

Böyük Britaniyanın Müdafiə Nazirliyi isə  bildirmişdi ki, rus casusları ukraynalı əsgərlərin təlim keçdikləri Britaniya hərbi bazalarını izləmək üçün pilotsuz təyyarələrdən istifadə edə bilərlər.

Xatirə SADİQ