"Özümü nümunəvi aparmışam, islah olunmuşam" - Ata Abdullayev ərizə yazdı

Bir neçə nəfəri şantaj etmə ittihamı ilə 7 illik həbs edilən bloqer Ata Abdullayev azadlığa çıxmaq istəyir.

Nov 28, 2025 - 19:06
"Özümü nümunəvi aparmışam, islah olunmuşam" - Ata Abdullayev ərizə yazdı

Məlumata görə, o, vaxtından tez sərbəst buraxılmaq məqsədilə məhkəməyə müraciət edib.

Ata Abdullayev ərizəsində yazıb ki, təyin edilmiş həbs cəzasının 2/3 hissəsini çəkib, həmin müddətdə cəzaçəkmə müəssisəsində özünü nümunəvi aparıb. O, artıq islah edilmiş hesab edildiyindən qalan 2 il 5 aylıq cəzasını şərti çəkmək istədiyini qeyd edib.

Məhkəmə Ata Abdullayevi vaxtından əvvəl azadlığa buraxmayıb. Onun ərizəsi geri qaytarılıb.

Qeyd edək ki, Ata Abdullayev 2021-ci ilin martından həbsdədir. (qafqazinfo)