"15 qarğıdalı, bir qazanla iş olmur" - Kənd sakini Paşinyanı pərt etdi
"Armavir-Gümrü yolu çəkilib, ona görə də gəlib-gedənlərin sayı çoxalıb. İndi gərək fikirləşəsən ki, o yolçulara nə lazımdır? Onlara nə təklif edib qazanmaq olar?"
SAVASHMEDİA.az erməni KİV-ə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan bu gün Şirak rayonuna səfəri zamanı kənd sakinləri ilə söhbətində deyib:
“Kiçikdən başla, elə şeylər var ki, onlara pul lazım deyil. Məsələn, on illərdir, Dilican yollarında insanlar qaynadılmış qarğıdalı satırlar. Bunun üçün böyük maliyyə lazım deyil, bir qazan, 15 ədəd qarğıdalı, 2 ədəd odun, vəssalam".
Sakinlərdən biri isə Paşinyana xatırladıb ki, bu kəndlərin suvarma suyu yoxdur, ona görə də qarğıdalı əkə bilməyəcəklər.
Sakinin bu cavabından tutulan Paşinyan cavabında "biz suvarma suyu məsələsini həll edəcəyik, amma bu, iki il çəkə bilər" deməklə kifayətlənib.
Səlcuq