Tramp Putinlə təklikdə görüşməyəcəyini dedi - "Zelenski də orada olacaq"
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ və Rusiya arasındakı sülh danışıqlarında iştirak edəcəyini deyib.
SAVASHMEDİA.az-ın məlumatına görə, Tramp həmçinin deyib ki, Putin “müharibəni tez bitirmək” istəyir və onun Rusiya prezidenti ilə görüşü çox tezliklə baş tuta bilər.
Bundan əvvəl Newsweek Tramp və Putinin fevralın sonuna qədər Səudiyyə Ərəbistanında görüşəcəyini yazmışdı.
Oğuz