Sabiq prezident Amerikanın nüfuzlu beyin mərkəzinə dəvət olundu
Bu ildən Litvanın eks-prezidenti Dalya Qribauskayte Amerikanın nüfuzlu “Atlantic Council” beyin mərkəzinin Beynəlxalq Məsləhət Şurasının üzvü olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Məlumata görə, eks-prezidenti bu şuraya qoşulmağa mərkəzin rəhbəri Frederik Kempe dəvət edib.
ABŞ-nin hər iki əsas siyasi partiyası ilə əlaqələr saxlayan “Atlantik Şura” qeyri-hökumət təşkilatı təhlükəsizlik və müdafiə məsələlərinə, siyasətə, iqtisadiyyata, enerjiyə, texnologiyaya xüsusi diqqət yetirir, həmçinin siyasi qərarların və strategiyaların formalaşdırılmasına töhfə verir.
Beynəlxalq məsləhət şurasında indiyədək Avstraliya, Danimarka, Estoniya, İspaniya, Polşa, İsveç və digər ölkələrin keçmiş prezidentləri və baş nazirləri, eləcə də qlobal şirkətlərin baş direktorları təmsil olunublar. Şura üzvləri üç il müddətinə seçilir.
Qeyd edək ki, 2009–2019-cu illərdə Litvanın ilk qadın prezidenti olan Qribauskayte Azərbaycana da rəsmi səfər edib.
Xatirə SADİQ