“İrandakı nüvə obyektlərində radiasiya səviyyəsi artmayıb” - MAQATE

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin hücumundan sonra İranın nüvə obyektlərində radiasiya səviyyəsinin artdığını aşkar etməyib.

Jun 13, 2025 - 14:00
Jun 13, 2025 - 15:09
“İrandakı nüvə obyektlərində radiasiya səviyyəsi artmayıb” - MAQATE

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə agentliyin “X” səhifəsində yerləşdirilmiş bəyanatda deyilir.

 “İran hakimiyyəti MAQATE-yə məlumat veriblər ki, Buşehr AES zərbələrə məruz qalmayıb və Natanzdakı obyektində radiasiya səviyyəsində artım müşahidə olunmur”, - deyə bildirilib.

Bundan əvvəl İsrailin İranın Natanzdakı uranın zənginləşdirilməsi üzrə əsas obyektinə hücum etdiyi bildirilirdi.

Xatirə SADİQ