"Atam deyirdi ki, Röyadan sənə arvad olmaz" - Anardan iynə kimi sözlər + VİDEO

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilovun atmacalı sözləri marağa səbəb olub.

Oct 23, 2025 - 14:44
Oct 23, 2025 - 23:51
"Atam deyirdi ki, Röyadan sənə arvad olmaz" - Anardan iynə kimi sözlər + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, 3 dəfə ailə qurub boşanan hazırda isə yeni evliliyə hazırlaşan Cəlilov ilk izdivacına görə peşman olduğunu etiraf edib.

"Atam həmişə Röya ilə ailə qurmağma qarşı olub. Onda hələ Röya ilə evlənməmişdim, bir dəfə harasa gedib əyləşmişdik. Məkanın səhnəsi də vardı. Mənə acıqlı idi. Dedi ki, səhnədəki qızı görürsən, necə qəşəng qızdır? Dedim hə. Dedi, sənin həyat yoldaşın o yox, burada digər sırada əyləşmiş xanımlardan biri olmalıdır. Deyirdi ki, müğənnidən arvad olmaz. O söz beynimdə qaldı. Röyadan boşanandan sonra başıma vurdum ki, axı mənə demişdi. Sevgi istənilən şəxşə yarana bilər. İndi fikirləşirəm ki, sevgi-məhəbbət nəyə lazım idi?".