Fərid Qayıbov vəzifəsini itirdi

Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.

Feb 18, 2025 - 14:00
Fərid Qayıbov vəzifəsini itirdi

SAVASHMEDİA.az xəbər verir ki, siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb. 

Bununla da, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib. 

Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib. 

Qeyd edək ki, ötən dəfə vitse-prezident seçilən digər şəxslər -  Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər.