"Bakubus" MMC-nin utanmalı olduğu FOTO - "Niyə belə etdiniz, fağır adam idi"
""Bakubus" MMC-yə məxsus avtobuslar sərnişin seçir, vətəndaşı bəyənmirlər".
SAVASHMEDİA.az xəbər verir ki, bu şikayəti sosial şəbəkədə Mahmud Mahmudov adlı vətəndaş yazıb.
O bildirib ki, Neftçilər metrostansiyası dayanacağında "BakuBus" MMC-yə məxsus üç avtobusun sürücüsü əlində süpürgə bağlaması olduğu üçün yaşlı bir kişini avtobusa minməyə qoymayıb:
"Bakubus MMC, bu ağsaqqal "Neftçilər" metrosu dayanacağından avtobusa minmək istəyir. Mən şahidi olduğum üç avtobus - 1, 11 və nömrəsinə fikir vermədiyim digər avtobus onu minməyə qoymadı. Niyə? Siz vətəndaşı bəyənmirsiniz?"
M.Mahmudov "Bakubus" MMC-yə etirazını belə davam etdirib:
"Fağır adam idi. Əlindəki bağlaması avtobusa buraxılan digər arabadan, çamadandan böyük deyildi".
Xatırladaq ki, son günlər sərnişinlər "Bakubus" MMC-yə məxsus avtobusların intervala uyğun hərəkət etməmələrindən,saatlarla davam edən gecikmələrdən və havaların isti keçməsinə baxmayaraq, kondisionerləri qoşmamalarından şikayət edirlər.
Oğuz