"Partiyanı satmaq namusu satmaqdır, belə şey olar?" - Tahir Kərimli ƏSƏBİLƏŞDİ
“Vəhdət” Partiyasının keçmiş sədri Tahir Kərimli partiyanın satılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, pravda.az-a danışan Tahir Kərimli bu kimi iddiaların onu narahar etdiyini deyib.
Onun sözlərinə görə, Eynulla Fətullayevin rəhbərlik etdiyi Haqqın.az saytını Adəm İsmayılova satılıb-satmadığı barədə məlumatı yoxdur. Lakin bu mövzuda yayılan xəbərlərdə Vəhdət Partiyasının da ötən il Adəm İsmayılov tərəfindən alındığına dair cümlənin yer almasından narazı qalıb.
“Bu mənim şəxsiyyətimi çox aşağı salır. Partiya bəyəm əmlakdır, ya saytdır ki, onu satalar? Partiyanı satmaq mənim üçün qeyrəti, namusu satmağa bərabərdir. Belə bir şey yoxdur”, - Kərimli vurğulayıb.
Keçmiş partiya sədri bildirib ki, siyasi fəaliyyətində heç vaxt şəxsi maraq güdməyib və partiyadan maddi gözləntisi olmayıb.
“Çox əsəbləşdim ki, nə üçün belə yalan məlumatlar yazırlar. Əgər partiyanı Adəm İsmayılov alıbsa, deməli, satan tərəf də mən olmalıyam. Alan varsa, satan da olur”, - o qeyd edib.
Oğuz