Zelenski məxfi görüş keçirdi – Ukrayna seçki qərarı verdi
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev yaxınlığındakı iqamətgahında məxfi görüş keçirib.
SAVASHMEDİA.az bu barədə “Ukrainskaya Pravda”ya istinadən xəbər verir.
Məlumata görə, görüşdə Prezident Aparatının rəhbəri Kiril Budanov, Prezident Aparatı rəhbərinin müavini Oleq Tatarov, hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Mixail Fyodorov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerov iştirak edib.
Nəşrin yazdığına görə, məxfi görüşün əsas mövzusu bu il Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsi olub. Onlar hakimiyyətin gələcək konfiqurasiyası ilə bağlı planları müzakirə ediblər. Görüşdə Zelenskinin siyasi nüfuzunun yüksəldiyi diqqətə çatdırılıb.
Bu məlumatı Ukrayna hakimiyyətinə yaxın mənbə də təsdiqləyib. Danışıqların nəticələri barədə məlumatlı mənbənin iddiasına görə, artıq seçkilərin keçiriləcəyi vaxt da bəllidir:
“Müsbət dinamika Zelenskini çox ruhlandırıb. Görüş zamanı bu il, payızının sonunda prezident seçkilərinin keçirilməsi imkanı ciddi şəkildə müzakirə edilib”.
Banu