"Nizami" - "28 May" arasında işləyəcək avtobuslar neçəyə olacaq? - MƏBLƏĞ
Avqustun 15-dən Bakı metrosunda yaşıl və qırmızı xətlərin ayrılması ilə əlaqədar "28 May" və "Nizami" stansiyaları arasında metro qatarları hərəkət etməyəcək.
SAVASHMEDİA.az xəbər verir ki, qırmızı xətdən yaşıl xəttə və ya əks istiqamətə keçmək istəyən sərnişinlər bu hissədə ödənişli ekspres avtobuslardan istifadə etməli olacaqlar.
Bu qayda Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu, Neftçilər istiqamətindən Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 Yanvar, Memar Əcəmi, Avtovağzal və Dərnəgül istiqamətinə gedənlərə, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlərə şamil ediləcək.
Bakı Metropoliteni avtobusların ödənişli olacağını açıqlasa da, gedişhaqqını hələ elan etməyib.
SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, "28 May"-"Nizami" stansiyaları arasında fəaliyyət göstərəcək ekspres avtobuslarda gedişhaqqının 30 qəpik olacağı gözlənilir.
Hazırda Bakıda şəhərdaxili avtobuslarda minimum gedişhaqqı 60 qəpik təşkil edir.
Oğuz