Hücumlar başlayandan bəri İsrail nə qədər itki verib? - AÇIQLANDI
İsrailin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, İranın İsrailə hücumlarında ümumilikdə 15 nəfər ölüb, 385 nəfər isə yaralanıb.
İranın Təl-Əviv ətrafındakı yaşayış binasına bu gün endirdiyi raket zərbəsi nəticəsində isə azı 4 nəfər həlak olub.
Məlumata görə, Təl-Əvivin ətrafı Bat Yamda həlak olanlar arasında iki uşaq da var.
Daha 137 nəfər yaralandığı, təxminən 35 nəfərin itkin düşdüyü bildirilir. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan qurbanları tapmağa çalışır.
Oğuz