Ciddədə bütün mövzular dəqiqliklə seçilib – Zelenski
Səudiyyə Ərəbistanındakı danışıqlarda bütün mövzular müzakirə edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski brifinqdə atəşkəs rejimini pozacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların müzakirə edilib-edilməməsi ilə bağlı sualını cavablandırarkən deyib.
Bununla belə, Zelenski qeyd edib ki, mövzular dəqiqliklə seçilib müzakirə olunurdu və onlar haqqında danışmaq hələ tezdir.
“Rusiya Federasiyasına qarşı sanksiyalara və ya digər təzyiq addımlarına gəlincə, bu, Amerika tərəfindən asılı olacaq. Və bu, onların ruslarla dialoqundan sonra olacaq. Mənə elə gəlir ki, əgər mən düzgün başa düşürəmsə, güc vasitəsilə sülh addımları. Əgər düzgün başa düşürəmsə, bu, məhz belə olacaq. Əgər ruslar Amerikanın təklifinə hazır olduqlarını nümayiş etdirsələr, o zaman müvafiq qərarlar olacaq”, - deyə Zelenski əlavə edib.
Xatirə SADİQ