Slovakiya müxalifəti baş nazirə etimadsızlıq tələb edir

Slovakiya müxalifəti Robert Fitso hökumətinə etimadsızlıq göstərilməsi ilə bağlı iclas çağırmaq təklifini parlamentə təqdim edib. 

Jan 15, 2025 - 16:41
Slovakiya müxalifəti baş nazirə etimadsızlıq tələb edir

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Facebook” sosial şəbəkəsində Slovakiya parlamentində təmsil olunan bütün müxalifət partiyaları adından Avropayönlü “Tərəqqipərvər Slovakiya” partiyasının rəhbəri Mixal Şimeçka deyib.

“Biz növbədənkənar iclas çağırmaq üçün imzaları təqdim edirik, orada müzakirə edəcəyik və bundan sonra hökumətə etimadsızlıq bildirmək niyyətindəyik”, - deyə partiya lideri vurğulayıb. 

Bundan öncə Mixal Şimeçka bildirmişdi ki, Fitso ölkənin işləri ilə məşğul olmaq əvəzinə, “dünyanın dörd bir tərəfinə uçur, diktatorlara baş əyir və Vyetnamda haradasa dəbdəbədən həzz alır”.

Xatirə SADİQ