Amil Xəlil "Space" ilə vidalaşır? - "Gedib saytda işləyərəm" + VİDEO

"Space" telekanalında yayımlanan "Gəl danış" verilişinin aparıcısı Amil Xəlilin bugünkü çıxışı müəyyən suallar yaradıb.

May 4, 2026 - 23:44
May 5, 2026 - 00:10
Amil Xəlil "Space" ilə vidalaşır? - "Gedib saytda işləyərəm" + VİDEO

SAVASHMEDİA.az-ın xəbərinə görə, aparıcı müəllifi olduğu verilişdə layihəsinin dayandırıla və televiziyadan gedə biləcəyini istisna etməyib. 

O, qələmini yaxşı tanıdığı biri tərəfindən şikayət olunduğunu bildirib:

"Sabah qərar verərlər ki, "Gəl danış" olmasın, mümkündür. Mən gedib internet kanalında da, saytda da işləyə bilərəm. Çünki mən aparıcı deyiləm, jurnalistəm. Gəlsinlər, qələmi qoyaq ortaya, görək kim nəyə qadirdir?". 

Amil Xəlilin bu sözləri bəziləri tərəfindən onun tamaşaçılarla vidalaşması kimi yozulub.

Xatırladaq ki, bu gün Ayaz Mustafayev "Space" telekanalına yeni direktor təyin edilib və o, ilk açıqlamasında telekanalda yeniliklərin olacağını və peşəkarlarla işləyəcəyini deyib.

Banu

Amil Xəlilin bugünkü çıxışından bir hissəni təqdim edirik:

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)