Öcalan 250 kvadratmetrlik villaya o QADINI DA APARACAQ - EVLƏNİR
“Terrorçubaşı Abdullah Öcalan evlənmək istəyir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Sözcü TV-yə açıqlamasında Türkiyənin “Zafer” partiyasının sədri Ümit Özdağ bildirib.
Ümit Özdağ A.Öcalan üçün İmralı adasında tikilən 250 kvadratmetrlik iki mərtəbəli villadan və terrorçubaşının həmin villa üçün planlarından bəhs edib:
“Öcalan o villada sadəcə terror təşkilatını idarə etməyəcək, mətbuatla da görüşəcək. Eyni zamanda ailə qurmaq niyyəti var. Evlənmək istəyir. Bu, dəqiq məlumatdır. Hətta evlənəcəyi şəxs belə aylardır Ankarada müzakirə olunur. Bəli, bunları istəyir, sanki normal yaşamağa haqqı varmış kimi... Bütün mövcud qanunlara və cəza sisteminə zidd bir durumla qarşı-qarşıyayıq”.
Xatırladaq ki, A. Öcalana yaşaması və işləməsi üçün İmralı adasında ikimərtəbəli villa hazırlanıb. Lakin terrorçubaşı xüsusi status almadan bu villaya köçməyəcəyini bildirib.
Ötən gün isə Türkiyə Prezidentinin baş müşaviri və Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum “Terrorsuz Türkiyə” prosesi çərçivəsində yaradılacaq Silahsızlaşdırma və Strateji Koordinasiya Alt Komissiyasında Abdullah Öcalana vəzifə veriləcəyini açıqlayıb.
Banu