İmamoğlu kamerada kiminlə qalır? - Silivri həbsxanasının qaydaları

İstanbul Baş Prokurorluğunun “korrupsiya” iddiaları ilə bağlı apardığı istintaq çərçivəsində bir gün əvvəl həbs edilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu həbsxanaya göndərilib.

Mar 25, 2025 - 13:42
İmamoğlu kamerada kiminlə qalır? - Silivri həbsxanasının qaydaları

Silivri Həbsxanasında saxlanılan Əkrəm İmamoğlu otaqda tək qalır.

İmamoğlu və həbs edilən digərləri üçün həbsxana qaydaları da açıqlanıb:

* Geyindikləri paltarlarla həbsxanaya gətiriliblər. Kənardan paltar gətirə bilərlər, ancaq say məhdudiyyəti var. Yeni paltar gətirmək üçün həbsxana paltarlarını göndərməlidirlər.

* Həbsxana yeməkləri verilir, lakin həbsxana yeməkxanasından da alış-veriş etmək olar. Bu səbəbdən də hər bazar ertəsi yeməkxanaya almaq istədiklərinin siyahısını təqdim edirlər.

* İçəridə nağd pula icazə verilmir. Ailələr öz adlarına həbsxananın bank hesablarına pul yatıra bilərlər. Alış-veriş edərkən bu pul çıxılır. (publika)

*Ailələrlə ilk görüş pulsuzdur və istənilən vaxt keçirilə bilər. İlk ziyarətdən sonra ziyarətlər həbsxana rəhbərliyinin müəyyən etdiyi tarixlərdə həyata keçirilir.