Putin hərbi geyimdə Kurskda peyda oldu, darmadağın əmri verdi - Əsirlərlə xoş davranılmayacaq
Rusiya prezidenti Vladimir Putin Kursk qüvvələri qrupunun komanda məntəqələrindən birində müşavirə keçirib.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya prezidenti hərbi geyimdə qərargaha gələrək Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun məruzəsini dinləyib.
Gerasimov bildirib ki, son beş gün ərzində rus qoşunları 24 yaşayış məntəqəsini azad edib. Ümumilikdə Rusiya Silahlı Qüvvələri 1,1 min kvadratmetrdən çox ərazini azad edib. Bu, ilkin olaraq Ukrayna Silahlı Qüvvələrinin ələ keçirdiyi ərazinin 86%-ni təşkil edir. Bundan başqa, sərhədin müəyyən hissələrində rus qoşunları Ukraynanın Sumı vilayətinə daxil olub.
Putin Kurskda
Rusiya Federasiyasının Baş Qərargah rəisi həmçinin bəyan edib ki, Ukrayna ordusu artıq regionda 67 mindən çox hərbçi itirib.
Rusiya Prezidenti Baş Qərargah rəisinin məruzəsini dinlədikdən sonra qarşıya “ən qısa zamanda – Kursk vilayətinin ərazisinə soxulan və burada hərbi əməliyyatlar aparan düşməni nəhayət məğlub etmək” vəzifəsini qoyub.
Putin həmçinin Rusiya-Ukrayna sərhədində təhlükəsizlik zonasının yaradılmasına “xüsusi fikir” verilməsini əmr edib.
Rusiya prezidenti bəyan edib ki, Rusiya tərəfindən Kursk vilayətində əsir götürülən bütün ukraynalı əsgərlərə “terrorçu” kimi münasibət göstərilməlidir.
“İndi Valeri Vasilyeviç (Gerasimov) məhbuslardan danışdı. Biz, əlbəttə ki, ilk növbədə, Rusiya Federasiyasının qanunlarına uyğun olaraq, bu insanlarla terrorçu kimi davranmalıyıq. Biz bütün insanlara humanist yanaşırıq və gələcəkdə də onlarla insani davranmağın tərəfdarıyıq. Eyni zamanda xatırlatmaq istərdim ki, əcnəbi muzdlulara qarşı 1949-cu il Cenevrə Konvensiyasının hərbi əsirlərlə rəftarla bağlı müddəalarını tətbiq etmək doğru olmazdı”.
Oğuz