"Deyəsən, onlarla eyni otaqda oturmalı olacağam" - Tramp

“Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə eyni otaqda olmalı olacağam”.

Sep 16, 2025 - 18:33
"Deyəsən, onlarla eyni otaqda oturmalı olacağam" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Zelenski və Putin bir-birlərinə nifrət edirlər. Deyəsən, onlarla eyni otaqda oturmalı olacağam, çünki onlar bir yerdə ola bilməzlər, nifrət çox güclüdür”, - Amerika lideri qeyd edib.

Donald Tramp bununla Rusiya və Ukrayna liderləri arasında gözlənilən görüşün onun da iştirakı ilə üçtərəfli olacağını bəyan edib.

Aytən