Bu ərazilərdə qaz olmayacaq 

Pirallahı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sep 16, 2025 - 17:50
Bu ərazilərdə qaz olmayacaq 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilib ki, qəsəbənin S. Bağırov küçəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar sentyabrın 17-si saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Bu müddətdə Pirallahı qəsəbəsi, Fioletov, S.Vurğun, S.Bağırov küçələrinin və 40-cı məhəllə adlanan ərazinin qaz təchizatında fasilə yaranacaq.