“Unibank”ın rəhbəri haqqında şok iddialar - Eldar Qəribovun Fransa sərgüzəştləri
Sizin ödədiyiniz kreditlərlə "Unibank"ın rəhbəri Fransada dəbdəbəli mülk alır, oğlu isə Karib adalarında və Monakodakı (Monte Karlo) kazinolarda qumar oynayır.
SAVASHMEDİA.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün social şəbəkə hesabında yazıb.
O, “Unibank” rəhbəri haqqında maraqlı faktlar açıqlayıb:
“Eldar Qəribov "Unibank"ın əsas səhmdarı, Müşahidə Şurasının sədridir, Malta vətəndaşlığı var, Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı - “Fransanın Fəxri Legion Kavaleri ordeni” ilə təltif olunub. Azərbaycanla Fransa arasında dərin çatlar bankirin bu ölkədəki lüksünə təsir göstərməyib. Onun dəyəri bir neçə milyon avro olan "Floriana" adlı sevimli villası və əmlak şirkəti "siyasətə qarışmır".
Eldar Qəribovun sözügedən villası
Jurnalist qeyd edib ki, Eldar Qəribov ötən il bankda səhmlərini 7.31 faiz artıraraq 91 faizə yüksəldib:
“Bu işdə ona yaxın dostu, Fransanın Nisada şəhərində qapı qonşusu olan iş adamı Bəylər Məmmədov kömək edir. Bəylər Məmmədov və kürəkəni Kamal Hacıyev (deputat Sabir Hacıyevin oğlu) Maltada təsis etdiyi LENSTOR ENTERPRISES LTD şirkəti üzərindən Lüksemburqda sahib olduğu "Canley Finance SA" maliyyə şirkəti vasitəsilə bankın səhmlərinin 7.31 faizini digər səhmdardan alıb, sonra Lüksemburq şirkəti adından əsas səhmdara satır. Yəni sol əli boynunun arxasından aparıb sağ qulağını qaşıyıb. İctimaiyyətə elə təqdim olundu ki, guya Eldar Qəribov səhmləri xarici şirkətdən alıb. Ola bilsin ki, Eldar Qəribov bununla təkcə ictimaiyyəti deyil, bankın digər səhmdarı olan Avropa Yenidənqurma və İnkişaf Bankını və Almaniyadakı tərəfdaşını da aldadıb”.
Cavanşir Həsənli Eldar Qəribovun oğlu ilə bağlı da şok açıqlama ilə çıxış edib:
“Eldar Qəribovun oğlu İlkin Qəribli 2015-ci ildən birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır və dünyanın ən məşhur kazinolarının daimi müştərisidir. O zaman ailəsi ilə Baham adalarında istirahət edərkən dostları İlkini kazinoya aparıblar.
İlkin Qəribli
"Poker News"un məlumatına görə bankirin oğlu o zaman 25 min "stavka" ilə 1.105.040 dollar və bir ədəd lüks "Style" saatı udub. O vaxtdan Eldar Qəribov oğunu qumardan ayıra bilməyib”.
P.S. İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.