Ağ çörək bu xəstəlikləri yaradırmış... - ARAŞDIRMA

Ağ çörəksiz süfrələri təsəvvür etmək qeyri-mümkündür.

Mar 13, 2025 - 00:29
Ağ çörək bu xəstəlikləri yaradırmış... - ARAŞDIRMA

Ağ çörək dadına, doyuruculuğuna görə qida rasionumuzun təməlini təşkil edir. Lakin bir dilim ağ çörəyin zərərləri də kifayət qədərdir.

SAVASHMEDİA.az ağ çörəyin orqanizmə vurduğu zərərləri təqdim edir.

Qan şəkərini artırır

Tərkibindəki emal olunmuş un sayəsində orqanizmdə tez həzm olunan ağ çörək qısa müddətdə qan şəkərinin yüksəlməsinə səbəb olur. Bu vəziyyət insulin müqavimətini artırır, II tip diabet kimi metabolik xəstəliklərin yolunu açır.

Kökəldir

Ağ çörəyin sürətlə həzm olunması aclığın tez bir zamanda bərqərar olmasına səbəb olur. Davamlı ağ çörək istehlakı bədənin əlavə kalori qəbuluna səbəb olur və bu da kökəlməyə gətirib çıxarır.

Həzm və qəbizlik problemi

Ağ çörək lif çatışmazlığı səbəbindən bağırsaq florasına mənfi təsir göstərir. Lif isə bağırsağın düzgün və davamlı fəaliyyəti üçün çox önəmlidir. Ağ çörək yedikcə bağırsaqların fəaliyyəti yavaşlayır. Bu da özlüyündə həzm sistemində problemlərin yaranmasına, şişkinliyə, köpə və qəbizliyə səbəb olur. 

Tərkibində vitaminlər və minerallar yoxdur

İşlənmiş undan hazırlandığına görə, ağ çörəyin qida dəyəri çox zəifdir. Onda bədənə enerji verən karbohidratlar, zülallar, vitaminlər və minerallar yoxdur. B vitamini, dəmir, sink və maqnezium kimi mineralların çatışmazlığı uzun müddətdə bədəndə enerjinin azalmasına, zəif immunitetə və ümumi sağlamlıq problemlərinə səbəb olur. 

Ürək xəstəlikləri riskini artırır

Ağ çörək pis xolesterinin (LDL) səviyyəsini artıra bilər. Bu, damarların tıxanmasına səbəb olur və ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda artan trigliserid səviyyəsi və təzyiq problemləri ürək-damar xəstəliklərinin inkişafına zəmin yarada bilər.

İmmuniteti aşağı salır

Ağ çörək qida dəyəri baxımından qeyri-kafi olduğu üçün orqanizmi kifayət qədər vitamin və minerallarla təmin edə bilmir. Bu hal immunitet sisteminin zəifləməsinə səbəb olur. Beləliklə, uzun müddət ağ çörəyin istifadəsi orqanizmin xəstəliklərə qarşı müqavimətini azalda və infeksiyalara qarşı daha həssas hala gətirə bilər.

Banu