Boya görə ideal çəki nə qədər olmalıdır? - Özünüz hesablayın
Normal bədən çəkəsi sağlamlığın vacib şərtlərindən biridir. Artıq çəki və piylənmə bir çox xəstəliklərin riskini artırır.
SAVASHMEDİA.az bildirir ki, bu səbəbdən bədən çəkisini daim normada saxlamaq olduqca vacibdir.
Normal bədən çəkisinin hesablanması üçün çoxlu müxtəlif formullar mövcuddur. Sizə belə formullardan birini təqdim edirik. Bu müəsir mütəxəssislər tərəfindən bir qədər təkmilləşdirilmiş məşhur Brokk formuludur.
Həm kişi, həm də qadınlar üçün ideal çəki eyni hesablanır:
(Boy (sm) - 110) x 1,15.
Məsələn, sizin boyunuz 164 sm-dırsa, sizin ideal çəkiniz belə hesablanır:
(164 -110) x 1,15 = 54 x 1,15 = 62,1 kq.