Şahin Şıxlinski Azərbaycan səfirliyindən çıxarkən saxlanılıb? - Rusiya KİV
Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskvada saxlanılıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Rusiyanın lenta.ru saytı xatırladıb ki, Şıxlinskinin axtarışa verilməsindən sonra onun Azərbaycanın Rusiyadakı səfirliyinin ərazisində gizlənə biləcəyi ilə bağlı ehtimallar var idi.
Nəşr iddia edir ki, Şıxlinski məhz həmin ərazidə saxlanılıb: "Diplomatik nümayəndəliyin binasından çıxandan dərhal sonra təhlükəsizlik qüvvələri Şıxlinskiyə yaxınlaşaraq onu saxlayıblar".
Oğuz