"Gündə 3 dəfə yemək ən axmaq hərəkətdir" - Diyetoloq
Dünyada insanların öz bədənlərinə qarşı etdiyi ən böyük haqsızlıq ac olmaya-olmaya qida qəbul etməkdir.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri həkim diyetoloq Fuad Məcidov bildirib.
"Dünyanın ən gerizəkalı, axmaq hərəkətini gündə 3 dəfə yemək yeyənlər edir. Mən səhər yeməyi yemişəm, günorta heç nə yemirəm, çünki ac deyiləm, istəmirəm. Qulağınızda sırğa edin, ac deyilsənsə, bədən siqnal vermirsənsə, yemək yeməyin. Gündə 2 dəfə yemək, hətta bir dəfə yemək lazımdır. Həm sağlam, təravətli olacaq, bütün bədənin bayram edəcək. Onurğandan tutmuş saçına kimi hər şey sağlam olacaq. Həkimləri gəzmək istəmirsizsə, gündə 1 dəfə yeyin". (medicina.az)