"Səninlə tanışlıq şərəfdir, qulluğunda hazıram" - Alim Üzeyir Mehdizadəyə + VİDEO
Xalq artisti, muğam ustadı Alim Qasımovla müğənni Üzeyir Mehdizadə birgə musiqi layihəsinə imza atıb.
SAVASHMEDIA.az xəbər verir ki, sənətçilər “Nəyindən narahatsan” adlı duet hazırlayıblar.
Üzeyir Mehdizadə sosial şəbəkədə Alim Qasımovla görüntülərini paylaşaraq Xalq artistinə təşəkkür edib.
Müğənni bildirib ki, Alim Qasımovun iştirakı ilə hazırlanan yeni layihə yaxın zamanda təqdim olunacaq. Onun sözlərinə görə, mahnının sabah yayımlanması planlaşdırılır.
Alim Qasımov isə Üzeyir Mehdizadə ilə tanışlığından və birgə işləməkdən məmnun olduğunu deyib.
“Mənim üçün də şərəfdir ki, sənin kimi yaradıcı insanla tanış oldum. Mən hər vaxt sənin qulluğunda hazıram. Sənə uğurlar arzulayıram. Yazdığın mahnılara, sözlərə qulaq asdım, çox xoşuma gəldi”, – Xalq artisti bildirib.
Aytən