Bu milyarder bir gündə 33,5 milyard dollar qazandı
Dünən amerikalı milyarder İİon Maskın sərvətinə 33,5 milyard dollar da əlavə olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumatda deyilir ki, bu, “Tesla Inc”in səhmlərinin son on ildən artıq müddətdə ən böyük artım göstərdiyi nəticəsində baş verib.
Səhmlər günü 22% yüksəlişlə başa vurub və avtomobil istehsalçısı 2023-cü ilin yayından bəri ən böyük rüblük mənfəəti barədə hesabat verdikdən sonra il ərzində müsbət balansa çıxıb. Hesabatdan sonra vebkast zamanı Mask gələn il avtomobil satışlarının 30% artacağını proqnozlaşdırıb və “Cybertruck”ın ilk rüblük gəliri gətirdiyini bəyan edib.
“Mənim proqnozum budur ki, “Tesla” dəyər baxımından və böyük fərqlə dünyanın ən böyük şirkəti olacaq”, - deyə Mask vurğulayıb.
Xatirə SADİQ