Rusiya Qvardiyasının əsgərlərinə hücum oldu - Çeçenistanda

Çeçenistanın Qroznı şəhəri ətrafında naməlum şəxslər Rusiya Qvardiyasının hərbi kolonnasını atəşə tutub. 

Oct 25, 2024 - 12:02
Rusiya Qvardiyasının əsgərlərinə hücum oldu - Çeçenistanda

SAVASHMEDİA.az “BBC”-nin ris xidmətinə istinadən xəbər verir ki, silahlı basqın zamanı bir əsgər həlak olub, digər əsgər yaralanıb.

Çeçen müxalifətinin teleqram kanalları silahlı hücumun əlamətlərini nümayiş etdirən videoyazı dərc edib. Videoyazıda güllə izi olan hərbi maşın, yolda qan ləkəsi və həlak olanın cəsədi görünür. 

Rusiya Qvardiyasından bildirilib ki, güc strukturları basqınçıları tapmağa və həbs etməyə çalışır. 

Xatirə SADİQ