Türkiyədə şagird oxuduğu məktəbə hücum etdi - 16 yaralı var + DETALLAR

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən liseydə baş verən silahlı hücumun bəzi təfərrüatları məlum olub.

Apr 14, 2026 - 13:26
Apr 14, 2026 - 13:33
Türkiyədə şagird oxuduğu məktəbə hücum etdi - 16 yaralı var + DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, məktəbə daxil olan silahlı şəxs əvvəlcə həyətdə atəş açıb, daha sonra binaya daxil olaraq müəllim və şagirdləri hədəf alıb. 

Hadisə zamanı ümumilikdə 16 nəfərin yaralandığı bildirilir. Yaralananlardan bəzilərinin güllələrdən qorunmaq üçün məktəbin pəncərələrindən tullanarkən zədə aldığı bildirilir.

İlkin araşdırmalara əsasən, hücumu törədən şəxsin məktəbin keçmiş şagirdi olduğu və təhsil müəssisəsindən uzaqlaşdırıldığı üçün bu addımı atdığı iddia edilir. Onun 2007-ci il təvəllüdlü olduğu və hadisədən sonra intihar edərək həyatına son qoyduğu qeyd olunur.

Hadisə ilə bağlı Şanlıurfa Valiliyinin rəhbəri Hasan Şıldak açıqlama verərək bildirib ki, məktəblilər dərhal təxliyə olunub və vəziyyət nəzarət altına alınıb. Onun sözlərinə görə, hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin bütün detalları araşdırılır.

Silahlı insident bölgədə böyük təşvişə səbəb olub və təhlükəsizlik tədbirləri gücləndirilib.

Oğuz
SAVASHMEDİA.az