Trampın arvadının seçkidəki geyimi gündəm oldu - FOTO
Donald Trampın həyat yoldaşı Melaniyanın ABŞ-da prezident seçkiləri zamanı geyindiyi libas jurnalistlərin diqqətini çəkib.
Bu barədə “Page Six” nəşri yazıb.
54 yaşlı eks-model Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqəsində “Dior”dan dəbdəbəli brendi geyinərək görünüb.
O, qara nöqtəli libasda və ona uyğun hündürdaban ayaqqabıda olub.
Melaniya həmçinin geniş günəş eynəyi taxıb və saçlarını dalğalı şəkildə darayıb.
(publika.az)