Mirşahinin oğlu şadlıq evinə ödəmək üçün 10 min MANAT BORC ALIB – Toyla bağlı HƏR ŞEY
“Real TV”nin baş direktoru Mirşahin Ağayevin oğlu jurnalist Mirçingiz Ağayevin toyu müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, FOKUS.az səhifəsi qalmaqallı toyla bağlı bütün təfərrüatları əldə edib.
Artıq məlumdur ki, Mirçingiz Ağayev pravda-ya atasının toya gəlmədiyini təsdiqləyib. O deyib ki, atası bir ay əvvəldən Naxçıvana bilet alıb, “Real TV”nin əməkdaşı Kamran Qasımovun “Cənnətin iqamətgahı” filminin təqdimatına qatılıb.
“Təqdimat mərasimində bir çox rəsmilərin də iştirak edəcəyini nəzərə alaraq, düşünmək olmazdı ki, həmin tədbiri təxirə salıb toya gələcək. Bu məlumatın doğruluğunu təsdiq edə bilərəm. Təqdimatda olduğunu bildirən paylaşım da etmişdi”.
FOKUS.az isə iddia edir ki, Mirşahin Ağayev məhz oğlunun toyunda iştirak etməmək üçün Ordubadda təqdimat planlaşdırıb. Toydan iki həftə əvvəl Mirşahin “Real TV” kollektivinə özünün Mirçingizin toyuna getməyəcəyini, bu toya gedənlərlə bir yerdə işləməyəcəyini deyib.
Mirşahin həmçinin mediadan olan həmkarlarına, əksər baş redaktorlara, tanınmış şəxslərə, hətta Mirçingizin dəvətnamə göndərdiyi rəsmi şəxslərə zəng edərək, bu toyun ona aidiyyəti olmadığını deyib, adamlardan məclisdə iştirak etməmələrini xahiş edib.
Buna görə də sentyabrın 17-də "Velmora" sarayında baş tutan məclisə dəvət olunan 250-dən artıq qonaqdan 100-dən çoxu iştirak etməyib.
Mirşahin Ağayevin özü də daxil olmaqla heç bir ailə üzvü və yaxın qohumu məclisdə iştirak etməyib.
Tanınmışlardan isə toyda Cahangir Məmmədli, deputat Fazil Mustafa, aktyor Şamil Süleymanlı, Pərviz Həşimli (məlumata görə, gəlin Pərviz Həşimlinin rəhbəri olduğu gununsesi. info-nun əməkdaşı olduğu üçün üçün toya qız evinin dəvəti ilə qatılıb), Ləman Ələşrəfqızı, Afət Telmanqızı və daha bir neçə nəfər iştirak edib. Real TV-dən isə toyda bir nəfər belə iştirak etməyib. Mirçingizin əvvəl işlədiyi APA TV-dən də bəzi əməkdaşlar toya qatılsa da, bu kollektivdən də çoxluq toyda olmayıb.
Nəticədə, şadlıq sarayına 10 min manatdan artıq borc yaranıb. Mirçingiz Ağayev bir neçə nəfərdən borc alaraq şadlıq sarayı ilə məsələləri həll edib.