Maduronun saxlanıldığı kameranın FOTOLARI yayıldı

Venesuelanın ABŞ-də həbsdə olan sabiq Prezidenti Nikolas Maduronun saxlanıldığı kameranın fotoları yayılıb.

Jan 6, 2026 - 12:25
Maduronun saxlanıldığı kameranın FOTOLARI yayıldı

SAVASHMEDİA.az xəbər verir ki, yayılan şəkillərdə kameranın çox dar, natəmiz və pəncərəsiz olması diqqət çəkib. 

Məlumata görə, Maduronun saxlanıldığı həbsxana, ümumiyyətlə, natəmizliyi və gigiyenik qaydalara əməl olunmaması ilə ad çıxarıb.

Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro və xanımı Cilia Flores yanvarın 3-də ABŞ-nin “Delta Force” xüsusi təyinatlılarının keçirdiyi əməliyyatla saxlanılıb. 

Yanvarın 5-də məhkəməyə çıxarılan Maduro özünü “hərbi əsir” adlandırıb. Xanımı Cilia Floresin isə məhkəməyə gətirilərkən gözünün altında qançır və başında sarıq olub. 

Onun döyüldüyü ehtimal edilir. İlkin ifadələr alınıb, növbəti məhkəmə martın 17-nə təyin olunub.

Banu