Nərimanla Şahrudin milliyə çağırılmadı - SİYAHI

Azərbaycan millisinin heyəti müəyyənləşib.

Sep 18, 2026 - 12:38
Nərimanla Şahrudin milliyə çağırılmadı - SİYAHI

SAVASHMEDİA.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

Baş məşqçi Ayxan Abbasov yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə keçiriləcək oyunlara 30 futbolçu dəvət edib. 

Qapıçılar: Aydın Bayramov (“Zirə”), Rəvan Mirzəmmədov (“Sabah”), Emil Balayev (“Neftçi”)

Müdafiəçilər: Bədavi Hüseynov (“Qarabağ”), Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejeon Hana”, Cənubi Koreya), Rahil Məmmədov (“Araz-Naxçıvan”), Elvin Bədəlov (“Neftçi”), Rəhman Daşdəmirov (“Sabah”), Toral Bayramov (“Qarabağ”), Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”)

Yarımmüdafiəçilər: Ceyhun Nuriyev (“Araz Naxçıvan”), Edqar Adilxanov (“Şamaxı”), Emin Mahmudov ( “Neftçi”), Fərid Yusifli (“Şəfa”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev ( “Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev ("Kişvarda", Macarıstan), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”) 

Hücumçular: Vüsal İsgəndərli (“Malisheva", Kosovo), Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa), Renat Dadaşov ("Bukovina", Ukrayna).