Azərbaycanda bu futbol klubunun adı dəyişdi

Azərbaycan 2-ci liqasında mübarizə aparan “Haypers Quba” Futbol Klubunun adı dəyişdirilib.

Jun 21, 2025 - 12:58
Azərbaycanda bu futbol klubunun adı dəyişdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Haypers Quba” artıq “Quba” adı ilə fəaliyyət göstərəcək.

Həmçinin klubun loqosunda da dəyişiklik olunub.

Xatırladaq ki, “Haypes Quba” Azərbaycan 2-ci liqasının 2024/24 mövsümünü 4-cü pillədə başa vurmuşdu.