Ukraynalı gimnast onlarla şəkil çəkdirməkdən imtina etdi - VİDEO
Ukraynalı gimnast Taisiya Onofriyçuk paytaxt Bakıda keçirilən Dünya Kuboku mərhələsində Rusiya və Belarusdan olan rəqibləri ilə birgə şəkil çəkdirməkdən imtina edib.
SAVASHMEDİA.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
Məlumata görə, 16 yaşlı Taisiya Onofriyçuk halqa ilə hərəkətdə hazırda Kipri təmsil edən rusiyalı Vera Tuqolukova və neytral bayraq altında çıxış edən belaruslu Anastasiya Salosu geridə qoyaraq qızıl medal qazanıb.
Mükafatlandırma mərasimindən sonra idmançılar ənənəvi olaraq podiumda kollektiv şəkil çəkdirirlər. Lakin Onofriyçuk rəqiblərinin yanında durmaqdan imtina edib.
Qeyd edək ki, ukraynalı idmançıların beynəlxalq yarışlarda ruslarla birgə foto çəkdirməkdən imtina etməsi ənənəyə çevrilib. Bununla ukraynaklı idmançılar Rusiya işğalına etirazlarını bildirirlər.
Xatirə SADİQ