Mourinyo Okan Burukun burnunu çimdiklədi - Özünü yerə sərdi + VİDEO
Türkiyə Kubokunun 1/4 finalında keçirilən “Fənərbaxça” - “Qalatasaray” (1:2) derbisindən sonra da qalmaqallar səngiməyib.
SAVASHMEDİA.az xəbər verir ki, matç başa çatandan sonra baş məşqçilər arasında gözlənilməz gərginlik yaşanıb.
Belə ki, “Fənərbaxça”nın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo rəqib məşqçi Okan Burukun burnunu çimdikləyib. “Qalatasaray”ın çalışdırıcısı isə bundan sonra yerə yıxılıb və arenada ara qarışıb.
Həmin görüntüləri təqdim edirik: